Keyfiyyətin adı

Azərşəkər

“Azərşəkər” markalı məhsullar mükəmməl dadı, unudulmaz şirinliyi, gözəl rəngi, xoş görünüşü və forması ilə qənd sevən insanların tələbatını yüksək səviyyədə ödəməyə qadirdir.

Kəşf et

Kampaniyalar

Azərşəkər öz müştərilərini daim yeni məhsul çeşidləri ilə sevindirməyə davam edir.

Azerseker-Qida-sergisinde

Azərşəkər Qida sərgisində!

World Food Beynəlxalq Qida Sərgisində keçirilən Chefs Cup Beynəlxalq Aşpazlar Yarışmasında Azərşəkər məhsulumuz da birgə Sponsor kimi peşəkar aşpazların yarışda istifadə etdiyi əsas məhsullardan biri idi...

Tukenmez-beraberlik

Tükənməz bərabərlik!

Hər mövsümdə, hər evdə, hər insanın sevimli ikilisi.

Premium-Mehsullar

Premium Məhsullar

WorldFood 2019 Beynəlxalq Qida Sərgisində Azərşəkər markamızın yeni, çox dadlı və eksklüziv noğul məhsulları. Çox yaxın zamanda mağazalardan əldə edə bilərsiniz

Azerseker-sagirdleri-Bilik-gunu-munasibetile-sevindirdi

“Azərşəkər” şagirdləri “Bilik günü” münasibətilə sevindirdi

“Azərşəkər” markası 15 sentyabr – “Bilik günü” münasibətilə fermerlərin övladlarına dəstək məqsədilə tədbir təşkil edib. İmişli Şəkər Zavodunda baş tutan görüşə fermerlər və onların övladları dəvət olunub. Tədbir iştirakçılarını salamlayan zavod rəhbərliyi və “Azərşəkər” markasının nümayəndələri məktəb həyatına yeni qədəm qoyan şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar. Görüş çərçivəsində 30-dan çox məktəbliyə məktəb çantaları, dəftərxana ləvazimatları və digər hədiyyələr təqdim olunub. Valideynlər bu təşəbbüsü yüksək qiymətləndirərək “Azərşəkər” markasına təşəkkürlərini bildiriblər. Qeyd edək ki, marka nümayəndələri “Azərşəkər”in bundan sonra da sosial layihələrdə fəal iştirak edəcəyini və bu kimi təşəbbüslərə dəstəyini davam etdirəcəyini vurğulayıblar.

Hamısını gör